Bu yoxsul dünyada kosmosu öyrənməyə niyə bu qədər vəsait xərclənir?



Bütün dünyada yoxsulluq artdıqca Aya, hətta Marsa çatmaq üçün milyardlarla dollar xərcləyirik. Bu, həqiqətən də tənqid olunduğu kimi israfçılıqdırmı? Niyə insanlar yerin “problemlərini” həll etmək əvəzinə kosmosa pul xərcləyirlər? Bu sual uzun illərdir ki, bütün bəşəriyyəti maraqlandırır.

1950-ci illərdə bəşəriyyət sadəcə səmaya baxmağın kifayət etməyəcəyini başa düşüb, kosmosa baş çəkməyə qərara verdi. Ancaq 60-70 illi tarixi olduğu düşünülən kosmos maraqğının daa böyük bir tarixi var. Bu gün kosmos araşdırmaları hər missiya üçün milyardlarla dollar sərmayə tələb edir.

  • Bəşəriyyətin yer üzündə bir çox problemi olduğu halda, niyə pullar kosmosa xərclənir?
  • Bəs bəşəriyyət dünya problemlərini həll edə bildiyi halda, niyə kosmosa pul xərcləməyə davam edir?

Təsəvvür edin ki, 30 min il əvvəl yeganə işığın ulduzlar olduğu bir gecədə səmaya baxırsınız. Belə bir anın sehrli olacağını təsəvvür etmək çətin deyil. Süni işıq mənbəyi olmayan aydın, aysız bir gecədə göyə baxa bilsəydik, kim bilir nələr görərdik. Bizdən öncə yaşayanlar da belə edib. Onlar uzun gecələr səmaya baxıblar. Gördüklərini başa düşüməyə çalışıblar. Bəzi tədqiqatlar hətta 33 min ilə 10 min il arasında olan bəzi mağara divarlarının ulduzların mövqeyini əks etdirən rəsmlər olduğunu söyləyir. Stonehenge kimi hələ də "sirli" olaraq qalan bəzi strukturların da ulduzların mövqeyi, inancları və ictimai həyatla sıx bağlı olduğu düşünülür. Yəni əslində, bəşəriyyət başını qaldırıb səmanı gördükdən sonra orada nə olduğunu öyrənməyə çalışıb. Suallara aldığı cavablar isə, onun yer üzündə həyatını formalşadırmağa kömək edib. Kənd təsərrüfatından tutmuş inanc sistemlərinə qədər insan həyatına dərindən təsir edən bir çox məsələlər kosmos haqqında biliklərimizin birbaşa təsirinə məruz qalıb.

Zaman dəyişdi, gözümüzlə yox, teleskopla səmanı seyr etməyə başladıq.

Təxminən 400 il əvvəl, ilk dəfə teleskoplardan istifadə edərək kosmosu daha yaxşı müşahidə etməyə başladıq. Sonra yenə bir neçə yüz il keçdi və nəhayət, 1950-ci illərdə kosmosa nəqliyyat vasitələri, hətta insanları və heyvanları göndərmək qərarına gəldik. Daha sonra Aya ilk ayaq basan insanlar, kosmosda stansiyada araşdırma aparan astronavtlar, uzaq planetləri “gözümüzlə” seyr edən kosmik gəmilər göndərdik...

Hər dəfə daha çox öyrənmək üçün atdığımız addımlar bizi olduğumuz yerə çatdırdı. Bu, 2022, 2050 və ya 2378-də dəyişməyəcək. Çünki hər zaman insanların bilmədiyi, kəşf etmədiyi bir şey olacaq. Onları anlamaq və araşdırmaq istəyi həmişə bizim ən böyük səbəbimiz olaraq qalacaq.

NASA-nın onilliklərdən sonra Aya qayıtması 93 milyard dollara başa gəlir. NASA Artemida missiyası ilə illər sonra ilk dəfə insanlı Ay missiyasını yerinə yetirəcək. Bu missiya ilə Aya göndərilən astronavtlar keçmişdən fərqli olaraq Ayda daimi bazalar qurmaq kimi bəzi missiyaları həyata keçirəcəklər. Ayda daimi bazaların yaradılmasının əsas motivi həm peykimizi daha yaxından tanımaq, həm də əsas marşrutumuz olan Marsa “keçid addımı” yaratmaqdır. Ayda qurulması planlaşdırılan bazalar bəşəriyyəti insanlı Mars missiyaları üçün bir çox çətinliklərə hazırlayacaq. Bizi Marsa köçürməzdən əvvəl bəzi son araşdırma və hazırlıq görmək üçün Artemis missiyası ən vacibdir.

NASA-nın bu hədəf üçün büdcəsinin 2025-ci ildə 93 milyard dollara çatacağı bildirilir. Bu, 15 ilə yaxındır davam edən çoxşaxəli işlərin hamısına xərclənən ümumi büdcədir.

İndi gəlin, Aya insan göndərməyin nə üçün vacib olduğuna dair bəzi cavablara nəzər salaq.

  • “Dünyada kəşf edilməmiş növlər, sirlərlə dolu nəhəng okeanlar var. Niyə biz əvvəlcə onları araşdırmaq əvəzinə kosmosa getməyə çalışırıq?”

Bu, bəşəriyyətin kosmos tədqiqatlarına edilən ən böyük tənqidlərdən biridir. Müxtəlif sahələrdə ixtisaslaşmış alimlər artıq ağlınıza gələn hər mövzuda araşdırmalar aparır. Bir qrup astrofizik və mühəndis kosmosla məşğul olur, dəniz bioloqları okeanları öyrənir, geoloqlar isə planetimizin quruluşunu anlamağa çalışırlar. Varlığı dərk etmək bizdən hər sahədə araşdırma aparmağı tələb edir. Kosmosun tədqiqindən başqa sahələrdə aparılan tədqiqatlar ictimaiyyətin diqqətini çox cəlb etmədiyi üçün ümumiyyətlə daha sakit aparılır.

Kosmik missiyalar bəşəriyyətə birbaşa fayda vermir. Marsı kəşf etməkdənsə, Yerdəki insanların problemlərini həll edək. Bununla bağlı ən böyük tənqidlərdən biri kosmos missiyalarının insanlara birbaşa fayda verməməsidir. Əslində bu, böyük səhvdir. Çünki bəşəriyyət üçün əsas motivasiya, məsələn, Marsa getmək istəyi çox primitiv “sağ qalmaq” motividir. Çünki bilirik ki, bu planet əbədi olaraq bizim evimiz ola bilməz.

Kosmosda əldə edilə bilən hər hansı biliyin müxtəlif elm sahələrinə necə təsir edəcəyi, tamamilə fərqli bir vəziyyəti və ya problemi araşdıran elm adamları üçün bunun hansı məlumatları təmin edəcəyini bilmirik. Məhz bu səbəbdən elmin hər sahəsində atılan addımlar müstəqil və birbaşa xeyirli görünməsə də, əslində hər biri bir-birinə bağlıdır və çox dəyərlidir. Məsələn, kosmik tədqiqatlar bizə dünyanın enerji və resurs probleminin həlli ilə bağlı çox şey öyrədə bilər. Fərqli bir planetdə tapacağımız həyatın izləri bizə öz təkamülümüz və həyatın formalaşması haqqında çox vacib məlumatlar verə bilər.

Müxtəlif ölkələrin kosmik agentliklərinin illik büdcələrinə nəzər salaq.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA): 24 milyard dollar, Avropa Kosmik Agentliyi (ESA): 6,49 milyard avro, Rusiyanın Kosmik Agentliyi Roskosmos: İldə orta hesabla 2 milyard dollar, Alman Kosmik Agentliyi DLR: 2019-cu ildə cəmi 1 milyard 155 milyon avro, Böyük Britaniya Kosmik Agentliyi (UKSA): 569 milyon funt sterlinq, Yaponiya Kosmik Agentliyi (JAXA): 500 milyon dollar, Çin: Təxmini 8 milyard dollar, Hindistan: təxminən 2 milyard dollar, Türkiyə Kosmik Agentliyi: Təxminən 3,5 milyon dollar.

Bundan əlavə, ABŞ-dan misal gətirək, bu mövzuya ən çox pul xərcləyən ölkə olduğu üçün NASA-nın kosmos tədqiqatları üçün aldığı illik büdcə ABŞ-ın ümumi büdcəsinin 0,48 kimi çox kiçik bir hissəsini təşkil edir. Başqa sözlə, bu, böyük məbləğdə pul kimi görünsə də, hətta bütün ABŞ-ın belə tədqiqatlara illik büdcəsinin 1%-ni ayırmaması faktını şübhə altına almaq olduqca maraqlıdır. Digər tərəfdən, kiçik bir müqayisə üçün nəzər salmaq lazım gələrsə, 2021-ci ildə ABŞ-da yalnız “milli müdafiə” üçün edilən xərclər 725 milyard 709 milyon dollardır. Həmin il ABŞ-da veteranlara 105 milyard dollar, səhiyyə xidmətlərinə 96,4 milyard dollar və təhsilə 66,6 milyard dollar ayrılıb.

Kosmosun tədqiqi büdcələrinin arzuolunan olduğunu söyləmək gülüncdür. Dövlətlər ən çox silaha, insanlar da ən çox geyimə pul xərcləyir. Dünyada elə insanlar var ki, içməyə su, yeməyə çörək tapmır. Təbii ki, bu insanlara kömək etmək, həyatı onlar üçün daha bərabər və ədalətli etməyə çalışmaq bizim borcumuzdur.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}