Vergi güzəştləri media sektoruna dövlət səviyyəsində verilən dəyərin göstəricisidir - RƏY
Vergi güzəştləri media subyektlərinə maliyyə resurslarını səmərəli bölüşdürmək və keyfiyyətli informasiya istehsalına yönəlmək imkanı verir. Bunu açıqlamasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində media subyektləri üçün gələn il yanvarın 1-də başa çatacaq vergi güzəştinin müddətinin uzadılmasını nəzərdə tutulmasını şərh edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. Onun fikrincə, bu təşəbbüs media sektoruna dövlət səviyyəsində verilən dəyərin göstəricisidir: "Düşünürəm ki, bu qərar jurnalistlər üçün yalnız iqtisadi güzəşt deyil, eyni zamanda media sektoruna dövlət səviyyəsində verilən dəyərin və etimadın ifadəsidir. Bu addım həm media sahəsinin iqtisadi sabitliyinə, həm də informasiya məkanının keyfiyyətli inkişafına xidmət edir. Vergi güzəştləri media subyektlərinə maliyyə resurslarını səmərəli bölüşdürmək, texnoloji imkanlarını genişləndirmək və keyfiyyətli informasiya istehsalına yönəlmək imkanı verir. Qeyd edilən güzəşt, xüsusilə, yeni yaranan və ya rəqəmsal platformalarda fəaliyyət göstərən media subyektlərinin inkişafı üçün real stimul olacaq". Şəffaflıq.az
Facebook-da paylaş
