Pakistan ordusu Əfqanıstanla sərhəd yaxınlığında 22 yaraqlını zərərsizləşdirib


Pakistan təhlükəsizlik qüvvələrinin ölkənin şimal-qərbində, Əfqanıstanla sərhəd yaxınlığında keçirdiyi əməliyyatlar zamanı 22 yaraqlı öldürülüb.

Şəffaflıq.az "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun bəyanatında bildirilir.

Hərbçilərin məlumatına görə, kəşfiyyat məlumatları əsasında son 48 saat ərzində Xayber-Paxtunxva əyalətinin Cənubi Vəziristan, Bannu və Tank dairələrində yaraqlıların sığınacaqlarına reydlər həyata keçirilib. Yaraqlılar baş verən atışmalar zamanı öldürülüb.

Pakistan hərbçiləri öldürülən yaraqlıların qonşu Hindistanın dəstəyindən istifadə etdiyini iddia edirlər. Rəsmi Nyu-Delhi hələlik bu ittihamlara münasibət bildirməyib.

Hazırda qalan yaraqlıların aşkar edilməsi üçün ərazinin təmizlənməsi davam edir. Hərbçilər xaricdən dəstəklənən terror fəaliyyətinin qarşısının alınması üzrə əməliyyatları davam etdirmək niyyətində olduqlarını vurğulayıblar.

Ötən həftə Pakistan hərbçiləri ölkənin şimal-qərbində və Bəlucistan əyalətində keçirilən əməliyyatlar zamanı 74 yaraqlının öldürüldüyü barədə məlumat vermişdilər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}