Pakistanda avtobus avtosisternlə toqquşub, azı 10 nəfər ölüb


Pakistanın cənub-qərbində sərnişin avtobusunun mayeləşdirilmiş neft qazı (LPG) daşıyan avtosisternlə toqquşması nəticəsində ən azı 10 nəfər ölüb.

Şəffaflıq.az DAWN-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, Turbatdan Karaçiyə gedən avtobus Ormara rayonunun Basol yaşayış məntəqəsi yaxınlığında avtosisternlə toqquşub. Toqquşma nəticəsində yanğın baş verib və alov sürətlə hər iki nəqliyyat vasitəsini bürüyüb. Bir neçə nəfər yanıq xəsarəti alıb.

Xilasetmə xidmətləri, yerli administrasiya nümayəndələri və yol polisləri hadisə yerinə gəliblər. Zərərçəkənlər Ormara tibb mərkəzinə aparılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}