İctimai birlik və fondu yalnız bir növdə yaratmaq mümkün olacaq
Azərbaycanda ictimai birlik və fondu yalnız bir növdə yaratmaq mümkün olacaq. Şəffaflıq.az xəbər verir ki, bu, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Qanun layihəsi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair bır sıra məsələlərin tənzimlənməsi, o cümlədən ictimai birliklərin və fondların növlərinin dəqiq müəyyən edilməsi məqsədilə hazırlanıb. Layihədə ictimai birliklərin və fondların hansı növlər üzrə yaradıla bilməsi əks olunur, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi hallarının dəqiq təsbit edilməsi təklif olunur.
Xəbəri paylaş
Facebook-da paylaş








