Azərbaycan dövlətçilik və hərb tarixində 44 günlük Vətən müharibəsində rolu

Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin siyasi kurusunu davam etdirən İlham Əliyev də Prezident seçildikdən sonra Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq aləmdə xüsusi nüfuza malik olmasında, Azərbaycanın ərazi bütövlüyünün tanınmasında, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin inikişafında, xüsusilə də Azərbaycanlıların soyqırımı və faciələrilə bağlı əməli və praktik addımlar atmışdır.

Müstəqil Azərbaycan Prezidenti kimi İlham Əliyev bütün xarici səfərlərində, yerli və beynəlxalq çıxışlarında, ikitərəfli və çoxtərəfli danışıqlarda “Qarabağ Azərbaycandır!”, “Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır”, “Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik” şüarlarının səsləndirək həm haqq  səsimizi bütün dünyaya bəyan etdi, həm də siyasətçi-Ali Baş komandan kimi Azərbaycanın ərazi bütövlüyünü Prezidentliyi dövründə nail oldu. 

Azərbaycanın 27 sentyabr 2020-ci ildə bağladığı əks-hücum əməliyyatı və parlaq qələbəni Ali Baş Konadanın rəhbərliyi, öz qanı-canı bahasına Müzəffər Azərbaycan ordusu və xalqımızın milli birliyi sayəsində nail olduq. Təbii ki, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü təmin etmək BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Nizamnaməsinin 51-ci maddəsi, beynəlxaq hüququn prinsipləri, beynəxalq və regional təşkilatları qərarları, eləcə də tarixi ədalət və hüquqi cəhətdən dünya ölkələrinin Azərbaycan Respublikasının ərazi bütövlüyü baxımından, Azərbaycan dövləti və xalqının bir yumruq olmaqla səfərbər olaraq 44 gün ərzində tarixi ədaləti bərpa etdi. Azərbaycan Vətən müharibəsi ilə təcavüzkar Ermənistana və terror birləşmələrinə, Ermənistanı dəstəkləyən regional və beynəlxalq güclərə sübut etdi ki, Azərbaycan Rerspublikası istər diplomatiyada, istərsə də döyüş meydanında layiqincə və peşəkarcasına cavab verdi. Biz azərbaycanlıları bu qələbəyə Şəhidlərimizin qanı, qazilərimizin intiqamı, illərdir Qarabağa və işğal olunmuş torpaqlara qayıtmaq eşqi Azərbaycan xalqını və Ordusunu Vətən müharibəsinə, əks-hücum əməliyyatına başlamasına vadar edirdi. 

Ermənistanın təxribatlarına və dəfələrlə hərbi təcavüzlərinə nəzər saldıqda görürük ki, 2019-cu ildən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozması, Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşması və s. hərəkətlərinə, Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Azərbaycanın 27 sentyabr 2020-ci ildə bağladığı əks-hücum əməliyyatı apardı və haqq etdiyi parlaq qələbəyə nail oldu. 

Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar. 

Ermənistan döyüş meydanında müharibə aparmaq əvəzinə Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. 27 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə (5 nəfər) tamamilə məhv olmuşdur. 04, 05, 08, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymiş, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dövlətinin başında güclü siyasətçi olduğunu diplomatiya meydanında da söylədiyi nitqi ilə hər kəsə bəyan etdi. 44 günlük haqq savaşında Azərbaycan xalqının gücü və yenilməzliyi, haqq yolunda olması hər kəsin diqqətinə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti və Silahhlı Qüvvələrin ali baş komandanı kimi İlham Əliyev 2 oktybar 2020 “Əl-Cəzirə” televiziya kanalına, 4 oktyabr 2020-ci il “Əl-Ərəbiyyə” televiziya kanalına, 5 oktyabr 2020-ci il Türkiyənin “TRT haber” televiziya kanalına, 6 oktyabr Rusiyanın “Pervıy kanal” televiziyasına və s. dünya kütləvi informasiya kanallarına müsahibələr vermişdir.

Azərbaycan bu tarixi Qələbəni Azərbaycan Respublikasının Prezidenti və onun Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti, hərb strategiyası, Müzəffər Ordumuzun peşəkarlığı, yüksək döyüş qabiliyyəti, hərb meydanında göstərdikləri qəhrəmanlıqları və "Dəmir Yumruq" əməliyyatı ilə başlayan və 44 gün boyunca davam edən ikinci Qarabağ müharibəsi nəticəsində düşmənə sarsıdıcı zərbələr endirməklə Ermənistan mifini və ordusunu darmadağın etdi. Azərbaycan Respublikasının Prezidenti və silahlı qüvvələrinin ali baş komandanı İlham Əliyevin rərhəbrliyi altında işğal altında olan Azərbaycan torpaqları işğaldan azad edildi. Azərbaycanda hər il 8 noyabr Zəfər Günü kimi qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır.  Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alınaraq hər ilin noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilmişdir. 

Azərbaycan ordusunun bu qələbəsini, eləcə də xüsusi təyinatlılarımızın döyüş qabiliyyəti, Azərbaycan ordusunun müasir silahlardan istifadə etməsini, xarici dövlətlərin hərbi qurumları və hərbi sahədə ixtisaslaşmış tədqiqat mərkəzlərinin də diqqətini cəlb etmişdir. Bu şanlı və haqq etdiyimiz tarixi qələbəmizi dövlətimizin yürütdüyü daxili və xarici siyasəti, hərbi strategiyası, xalqımızın güclü iradəsi, böyük əzmi, milli ruhu, dünyada yaşayan azərbaycanlıların dəstəyi Azərbaycan dövlətinin gücünü və xalqının milli birliyini bütün dünyaya nümayiş etdirdi. 

 Sübhan Talıblı, 

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,

Tarix üzrə fəlsəfə doktoru, dosent

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}