Belqrad-Moskva reysi yoxlanılmamış yük səbəbindən təxirə salınıb
"Air Serbia" aviaşirkətinin Belqraddan Moskvaya uçan təyyarəsi sərnişinin yükünün yoxlanılmaması səbəbindən hava limanına geri qaytarılıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə "Nova" portalı mənbələrə istinadən xəbər verib. Hadisə noyabrın 3-də axşamı baş verib. Təyyarənin Litva hava məkanında olarkən geri qayıtdığı bildirilir. Nəşrin məlumatına görə, baqaj yoxlanılır və təyyarənin hərtərəfli yoxlanışından və heyət dəyişikliyindən sonra Moskvaya uçuş davam edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş








