Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiq edib
Ermənistan parlamenti ABŞ ilə TRIPP layihəsi (Tramp marşrutu) üzrə strateji əməkdaşlıq haqqında çərçivə sazişini ratifikasiya edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. 63 deputat sənədin lehinə, 32 deputat əleyhinə səs verib. Bitərəf qalan olmayıb.
Xəbəri paylaş
Facebook-da paylaş








