Azərbaycanda 10 yeni su anbarının tikintisi nəzərdə tutulub


Azərbaycanda su ehtiyatlarının idarə olunması və yeni meliorasiya obyektlərinin tikintisi genişləndirilir.

Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni inşa edilən obyektlərdən biri Şəki və Oğuz rayonlarının ərazisində yerləşən Əlicançay su anbarıdır: "2178 nömrəli sərəncamda su ehtiyatlarının istifadəsi, anbarlarda hansı tikilməsi ilə bağlı Prezidentin müvafiq sərəncamı var ki, burada 10 ədəd yeni su anbarının tikintisi nəzərdə tutulub. Onlardan biri Əlicançay su anbarıdır. Həmin su anbarı həm içməli, həm kənd təsərrüfatı təyinatı torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulur. 34 000 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin suvarılması, 49 000 hektar vətəndaşın içməli su təminatının həyata keçirilməsi üçün nəzərdə tutulur".

O bildirib ki, 10 su anbarının ikisində hazırda tikinti işləri aparılır: "Digərlərində tək su anbarları deyil, meliorasiya obyektlərinin də üzərində tikinti işləri, yenidən qurulma işləri aparılır. Meliorasiya obyektlərindən, Şirvan, Qarabağ suvarma kanalında işlər davam edir. Aşağı Muğan kanalı və Boztəpə kanalı, Qızılarx kanalı istifadəyə verilib. Bu istiqamətdə 22 növ meliorasiya obyektləri var ki, sərəncama əsasən bu kanalların və bir ədəd də kollektorun tikintisi, yenidən qurulması nəzərdə tutulub".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}