Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib
Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə qərar Nizami Rayon Məhkəməsində verilib. Nizami Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-in 218.1, 218.2 (Ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma və iştirak etmə), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda törədildikdə) 29 (Cinayət etməyə cəhd), 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilib. Qeyd edək ki, Əhməd Əli-zadə deputat Arzuxan Əlizadənin oğludur.
Facebook-da paylaş








