AMB valyuta mübadiləsi xidməti göstərən şirkətin vəzifəli şəxsini cərimələyib


Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi xidməti göstərən "MMK-014" MMC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Şəffaflıq.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası"nın tələblərinin pozulması aşkarlanıb. Odur ki, şirkətin vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, 1 000 manat cərimə edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}