ABŞ-də əyləncə parkında baş verən hadisədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb


ABŞ-nin Corciya ştatındakı əyləncə parklarının birində attraksionda baş verən insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "CBS News" polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə bazar ertəsi yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə çərşənbə axşamı gecə yarısı - red.) "Six Flags Over Georgia"da baş verib. Ölən şəxsin kimliyi açıqlanmayıb.

Polis insidentin hansı attraksionda baş verdiyini dəqiqləşdirməyib. Ziyarətçilər attraksionun ən yüksək nöqtəsindən qəza nərdivanı vasitəsilə təxliyə ediliblər.

Attraksion 2006-cı ildə açılıb: onun hündürlüyü 61 metrə çatır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}