Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
Biləcəri-Yalama dəmir yolu sahəsində elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması layihəsinin ümumi dəyəri 447,88 milyon ABŞ dolları məbləğində qiymətləndirilir. Şəffaflıq.az Asiya İnkişaf Bankına (ADB) istinadən xəbər verir ki, bank layihəyə 350 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi təmin edəcək. Layihənin icraçı və həyata keçirən orqanı funksiyaları "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə həvalə edilib. Layihənin icrasının başa çatdırılması 31 dekabr 2030-cu il tarixinə planlaşdırılır. Satınalma planı 18 ay üçün nəzərdə tutulub.
Xəbəri paylaş
Facebook-da paylaş








