Azərbaycan ilk dəfə MDB-yə sədrlik edəcək, Türkmənistan və Özbəkistanla birlikdə troyka formalaşdırılır


MDB çərçivəsində 2027-ci ildə sədrlik Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçir.

Şəffaflıq.az-ın verdiyi məlumata əsasən, hazırda Türkmənistan, Özbəkistan və Azərbaycan MDB-nin sədrlik troykasını formalaşdırır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə MDB-yə sədrlik edəcək. Əvvəlki illərdə Ermənistan–Azərbaycan münaqişəsi Azərbaycanın bu funksiyanı üzərinə götürməsinə mane olan əsas amillərdən biri idi.

Beləliklə, Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və MDB çərçivəsində sədrlik funksiyalarını həyata keçirən ölkə olacaq.

Bundan əlavə, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycana keçir və təşkilatın Zirvə görüşü ölkəmizdə olacaq. 2028-ci ildə isə Azərbaycan Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi edəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}