Serbiyada məktəbdə şagird atışma törədib, yaralananlar var
Kraquyevats şəhərində (Serbiya) Texniki məktəbin şagirdi atışma törədib, nəticədə iki nəfər yaralanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb. "Bu gün səhər saatlarında Kraquyevatsdakı Texniki məktəbdə atışma baş verib, nəticədə iki nəfər xəsarət alıb: biri odlu silahdan, digəri isə şüşə qırıntılarından yaralanıb. 17 yaşlı gənc saxlanılıb", - məlumatda bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş








