Hörmüz boğazında tankerə zərbə endirilməsi nəticəsində 11 nəfər xəsarət alıb
Hörmüz boğazında "ADNOC" tankerinə endirilən zərbə nəticəsində 11 dənizçi yaralanıb və 1 nəfər itkin düşüb. Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "ADNOC Logistics & Services"in bəyanatında bildirilib. Bəyanata əsasən, şirkətin gəmilərindən birinə hücum noyabrın 17-si axşam saatlarında Hörmüz boğazından keçərkən baş verib. "Heyət üzvlərindən biri itkin düşüb, axtarış-xilasetmə əməliyyatları aparılır. Bütün digər heyət üzvləri gəmidən təhlükəsiz şəkildə təxliyə edilib. On bir heyət üzvü yaralanıb, onlara lazımi köməklik göstərilir", - bəyanatda bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş








