Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Hörmüz boğazında tankerə zərbə endirilməsi nəticəsində 11 nəfər xəsarət alıb

Hörmüz boğazında tankerə zərbə endirilməsi nəticəsində 11 nəfər xəsarət alıb


Bu gün, 13:22


Hörmüz boğazında "ADNOC" tankerinə endirilən zərbə nəticəsində 11 dənizçi yaralanıb və 1 nəfər itkin düşüb.

Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "ADNOC Logistics & Services"in bəyanatında bildirilib.

Bəyanata əsasən, şirkətin gəmilərindən birinə hücum noyabrın 17-si axşam saatlarında Hörmüz boğazından keçərkən baş verib.

"Heyət üzvlərindən biri itkin düşüb, axtarış-xilasetmə əməliyyatları aparılır. Bütün digər heyət üzvləri gəmidən təhlükəsiz şəkildə təxliyə edilib. On bir heyət üzvü yaralanıb, onlara lazımi köməklik göstərilir", - bəyanatda bildirilib.


Geri qayıt