Serbiyada hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb


Serbiyada hərbi təyyarə qəzaya uğrayıb, yanğın başlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb.

Hadisə nəticəsində pilot həlak olub.

Qeyri-rəsmi məlumata görə, bunun "MiQ-29" hərbi təyyarəsi olduğu ehtimal edilir.

Təyyarə qəzası Nova Pazova və Staro Pazova yaşayış məntəqələri arasında baş verib.

Yanğınsöndürən-xilasedicilər, qəza-xilasetmə briqadaları, polis əməkdaşları, eləcə də hərbi polis hadisə yerindədir. Qəzanın nəticələrinin aradan qaldırılması və başvermə səbəbinin müəyyən edilməsi üzrə əməliyyat aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}