Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib. Şəffaflıq.az xəbər verir ki, gələn il büdcənin gəlirləri bu ilə nisbətən 1,7 % çox - 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri isə yenə də 1,7 % çox - 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır. Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7 % çoxdur. 2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olacağı gözlənilir. Bunlar 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9 % və 3,1 % çoxdur. Son nəticədə icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 28,7 % azdır.
Facebook-da paylaş








