Almaniya XİN başçısı Yohan Vadeful bu gün Azərbaycana gələcək


Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün Azərbaycana gələcək.

Bu barədə Şəffaflıq.az Almaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, səfərin məqsədi Azərbaycanla ikitərəfli münasibətlərin daha da genişləndirilməsidir. Qurumdan vurğulayıblar ki, bu, Vadefulun Almaniyanın xarici işlər naziri qismində Azərbaycana ilk səfəridir.

XİN-in məlumatına görə, almaniyalı nazir Bakıda rəsmi şəxslərlə, xüsusilə Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqlar aparacaq. Danışıqların əsas mövzuları iyulda Almaniya ilə razılaşdırılmış strateji gündəliyin həyata keçirilməsi və Cənubi Qafqazda sülh prosesi olacaq.

Çərşənbə günü Vadeful Ermənistana yola düşəcək. İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla danışıqların aparılması planlaşdırılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}