Mirzoyan və NATO nümayəndəsi erməni hərbçilərin sülhməramlı missiyalarda iştirakını müzakirə ediblər


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və NATO-nun Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton erməni hərbçilərin alyansın sülhməramlı missiyasında iştirakını müzakirə ediblər.

Şəffaflıq.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş noyabrın 16-da Brüsseldə baş tutub.

Tərəflər həmçinin Ermənistan və NATO arasında tərəfdaşlığın inkişafını, o cümlədən mövcud formatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

"Mirzoyan regionlararası qarşılıqlı əlaqə şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən səylər barədə məlumat verib. Regional əməkdaşlığın inkişafı üçün Ermənistan və Azərbaycan arasında sülhün vacibliyi vurğulanıb", - məlumatda bildirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}