Sosial evlərdə mənzil almaq adı ilə dələduzluqda ittiham olunan şəxsə hökm oxunub
Sosial evlərdə mənzil almaq adı ilə dələduzluqda ittiham olunan İlkin Akifoğlu 7 il müddətə azadlıqdan məhrum edilib. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. Hökmdən əvvəl dövlət ittihamçısı çıxış edib. O təqsirləndirilən şəxsin 8 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, İlkin Akifoğlu 2025-ci ilin oktyabr ayında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinib. Araşdırmalarla saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub. İlkin Akifoğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.
Facebook-da paylaş








