Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Serbiyada hərbi təyyarə qəzaya uğrayıb, pilot ölüb
Serbiyada hərbi təyyarə qəzaya uğrayıb, pilot ölübBu gün, 14:03 |
|
Serbiyada hərbi təyyarə qəzaya uğrayıb, yanğın başlayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Serbiya mediası məlumat yayıb. Hadisə nəticəsində pilot həlak olub. Qeyri-rəsmi məlumata görə, bunun "MiQ-29" hərbi təyyarəsi olduğu ehtimal edilir. Təyyarə qəzası Nova Pazova və Staro Pazova yaşayış məntəqələri arasında baş verib. Yanğınsöndürən-xilasedicilər, qəza-xilasetmə briqadaları, polis əməkdaşları, eləcə də hərbi polis hadisə yerindədir. Qəzanın nəticələrinin aradan qaldırılması və başvermə səbəbinin müəyyən edilməsi üzrə əməliyyat aparılır. Geri qayıt |