Azərbaycan ilə Almaniya arasında parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib


Milli Məclisin deputatları - Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov və qrupun üzvü Kamal Cəfərov Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun ölkəmizə səfəri çərçivəsində nümayəndə heyətinin üzvü olan Almaniya Bundestaqının deputatları Daniel Kölbi və Lamya Kaddor ilə görüşüblər.

Şəffaflıq.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan parlamentlərarası əlaqələrin, parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı parlament dostluq qrupları arasında əməkdaşlığın mövcud vəziyyəti və qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.

Almaniya Bundestaqının deputatları Milli Məclisin inzibati binası və burada yaradılmış iş şəraiti ilə də tanış olublar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}