Bakıda Azərbaycan-Litva biznes-forumu keçiriləcək
Azərbaycan-Litva biznes-forumu Litvanın xarici işlər naziri Kestutis Budrisin noyabrın 25-26-da səfəri çərçivəsində Bakıda keçiriləcək. Bu barədə Şəffaflıq.az Litvanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir. Nazirlikdən qeyd edilib ki, K. Budris Bakıda Azərbaycanın rəsmi şəxsləri, akademik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək, həmçinin iki ölkənin sahibkarlarının iştirakı ilə biznes-forumda iştirak edəcək. "İkitərəfli görüşlər zamanı tərəflər Litva və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərini, iqtisadi əməkdaşlığın genişləndirilməsini, Litvanın Avropa İttifaqı Şurasının gələcək sədri kimi ittifaqın Azərbaycanla dialoqunu gücləndirmək səylərini, regional təhlükəsizlik məsələlərini, Ukrayna ətrafındakı vəziyyəti və geosiyasi durumu müzakirə edəcəklər", - məlumatda qeyd olunub. Səfər çərçivəsində Litva diplomatiyasının rəhbəri Bakıda Şəhidlər xiyabanına gül qoyaraq 20 yanvar 1990-cı il faciəli hadisələrinin ("Qara Yanvar") qurbanlarının xatirəsini yad edəcək.
Facebook-da paylaş








