Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Fətullah Həsənov küçəsində qeydə alınıb. "VAZ-2107" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da olan üç nəfər - sürücü, 2008-ci il təvəllüdlü Turqut Bayramov, həmçinin sərnişinlər Fuad Rüstəmov (2008) və Nail Mustafayev (1969) xəsarət alıblar. Onlar şəhərin müxtəlif xəstəxanalarına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








