Sabunçuda 20 yaşlı sürücü qəza törədib, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Cəfərov Bünyad Muxtar oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Fətullayev Çərkəz Elnur oğlunu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








