Tovuzda avtomobilin körpüdən aşması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb
Tovuz rayonunda avtomobilin körpüdən aşması nəticəsində bir nəfər ölüb, dörd nəfər xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Yanıqpəyə kəndində qeydə alınıb. "VAZ 2106" markalı avtomobil körpüdən aşması nəticəsində bir nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








