Azərbaycanın U-20 millisi bu gün İraqla növbəti yoldaşlıq oyununu keçirəcək
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millsi Bakıda təşkil olunan təlim-məşq toplanışının son günündə ikinci yoldaşlıq oyununu keçirəcək. Şəffaflıq.az-ın məlumatına görə, Ruy Jorjenin baş məşqçisi olduğu U-20 yığması bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq. Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Xəbəri paylaş
Facebook-da paylaş








