Bakıda avtobus piyadanı vuraraq öldürüb
Bakıda avtobus piyadanı vuraraq öldürüb. Şəffaflıq.az xəbər verir ki, Yusifov Əliyəddin Gülümalı oğlu idarə etdiyi avtobus ilə Nizami rayonu Xəlil Rza Ulutürk küçəsində hərəkətdə olarkən piyada Rzayev Oqtay Əliyusif oğlunu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








