UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura bu gün start veriləcək. Şəffaflıq.az xəbər verir ki, ilk oyun günündə A və C Liqalarında səkkiz oyun keçiriləcək. A Liqasının 1-ci qrupunda Türkiyə Belçika ilə üz-üzə gələcək. İtaliya isə Fransa seçməsini qəbul edəcək. UEFA Millətlər Liqası Qrup mərhələsi V tur A Liqası 1-ci qrup 21:00. Türkiyə - Belçika 23:45. İtaliya - Fransa Xal durumu: Fransa - 10, İtaliya - 7, Belçika - 6, Türkiyə - 0. 3-cü qrup 23:45. Çexiya - İspaniya 23:45. İngiltərə - Xorvatiya Xal durumu: İspaniya - 12, İngiltərə - 9, Xorvatiya - 3, Çexiya - 0. C Liqası 1-ci qrup 23:45. Albaniya - Finlandiya 23:45. San Marino - Belarus Xal durumu: Albaniya - 9, Belarus - 7, Finlandiya - 7, San Marino - 0. 2-ci qrup 21:00. Ermənistan - Kipr 23:45. Monteneqro - Latviya Xal durumu: Monteneqro - 10, Kipr - 7, Ermənistan - 4, Latviya - 1.
Facebook-da paylaş








