Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
Gəncə şəhərində "Baku Bus"a məxsus sərnişin avtobusu işıq dirəyinə çırpılıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Nizami prospektində baş verib. 5 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində yol kənarındakı bir neşə ağac qırılıb, yol-hərəkət nişanı sıradan çıxıb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








