Azərbaycanın qadın basketbol millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq. Şəffaflıq.az-ın məlumatına görə, yığma A qrupunun ilk matçında Bakıda İsveçrə kollektivi ilə üz-üzə gələcək. Milli Gimnastika Arenasındakı görüş saat 15:00-da start götürəcək. Xatırladaq ki, Azərbaycan komandası noyabrın 14-də İrlandiya millisini qəbul edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş








