Qazaxıstanda Xəzər dənizində hərbçilərin ölümü ilə bağlı iş üzrə 300-dən çox şəxs dindirilib


Qazaxıstanda sentyabrın sonlarında Xəzər dənizində qazaxıstanlı hərbçilərin ölümü faktı üzrə cinayət işinin istintaqının gedişatında 300-dən çox şəxs dindirilib.

Şəffaflıq.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun məlumatında bildirilib.

"Baş vermiş faciənin bütün hallarının hərtərəfli və obyektiv şəkildə müəyyənləşdirilməsinə yönəlmiş istintaq hərəkətləri kompleksi həyata keçirilib. Bu günə qədər 300-dən çox şəxs dindirilib, 30-dan çox məhkəmə ekspertizası və tədqiqatı aparılıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, faciə sentyabrın 24-də Xəzər dənizində təlim-döyüş tapşırığının icrası zamanı baş verib. Hava şəraitinin kəskin pisləşməsi nəticəsində hərbi qulluqçuları axın aparıb, 14 nəfər ölüb. Bununla əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ümummilli matəm elan edib, həmçinin ölkənin Müdafiə Nazirliyində kompleks yoxlama aparılması üçün komissiya yaradıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}