Hindistan gəmisi Oman sahillərində hücuma məruz qalıb, 1 heyət üzvü həlak olub


Oman sahillərində Hindistanın yük gəmisinə endirilən zərbə nəticəsində 1 heyət üzvü həlak olub.

Şəffaflıq.az "Hindustan Times"a istinadən xəbər verir ki, bu barədə Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval sosial şəbəkələrdə bildirib.

"Noyabrın 2-də göyərtəsində 14 hindistanlı dənizçinin olduğu "MSV AL JUSUFI" gəmisi Oman sahillərində naməlum hava obyektinin zərbəsinə məruz qalıb. Ekipajın 13 üzvü təhlükəsiz şəkildə təxliyə olunub. Onlar Omanın sahil mühafizəsi tərəfindən xilas ediliblər. Dənizçilərimizdən biri aldığı xəsarətlərdən ölüb", - o qeyd edib.

Onun sözlərinə görə, Hindistanın Omandakı səfirliyi həm sağ qalan heyət üzvlərinin, həm də həlak olan dənizçinin meyitinin tez bir zamanda repatriasiyası məqsədilə yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır.

Qeyd olunur ki, Yaxın Şərqdə davam edən münaqişə nəticəsində həlak olan Hindistan vətəndaşlarının sayı 23 nəfərə çatıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}