Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 2. Birinci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 4. Babək prospekti, mərkəz istiqamətində; 5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Facebook-da paylaş








