Adil Kərimli Masallıda vətəndaşları qəbul edəcək
Mədəniyyət naziri Adil Kərimli Masallıda vətəndaşları qəbul edəcək. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, qəbul noyabrın 27-də saat 10:00-da Masallı rayon Heydər Əliyev Mərkəzində olacaq. Qəbulda Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonları və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edə bilər. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








