Ərzurumda minik avtomobili aşıb, iki nəfər ölüb


Türkiyənin şərqindəki Ərzurum vilayətində minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Şəffaflıq.az "TRT Haber"ə istinadən xəbər verir ki, idarəetmədən çıxan avtomobil aşaraq bir neçə dəfə yuvarlanıb.

Nəticədə bir nəfər ölüb, avtomobildəki üç nəfər isə xəsarət alıb. Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub. Xəsarət alanlardan biri sonradan xəstəxanada keçinib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}