Salyanda bir ailənin üç üzvü bıçaqlanıb, ölən var


Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb, onlardan biri ölüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, ailənin oğlu anasını, atasını və qardaşı arvadını bıçaqlamaqda şübhəli bilinir.

Nəticədə ana - 1971-ci il təvəllüdlü İsmayılova Çiçək Musa qızı aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}