Şəffaflıq Media Qrupunun 12 İllik Ömür Tarixindən...



“Şəffaflıq” qəzeti 25 may 2011-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 3415 nömrəsi ilə qeydiyyatdan keçmişdir.  Qəzetimizin ilk nömrəsi isə 2011-ci ilin 19 oktyabrında işıq üzü görüb. 

 

     Son 12 ildə “Şəffaflıq” qəzeti yayımladığı məqalələrin, fakt və dəlillərin mötəbərliyi, dürüstlüyü və qərəzsizliyi baxımından sözün həqiqi mənasında Respublika İctimaiyyətinin diqqətini cəlb edə bilmişdir. Bunu biz özümüz demirik, qəzetimizi oxuyanlar deyir. Amma onu da qeyd edirik ki, biz dövlətimizin mənafeyini də həmişə ön plana çəkirik. Həm də sevindirici haldır ki, Azərbaycan Respublikasında Xalqın və Dövlətin mənafeyi üst-üstə düşür.

Etiraf edirik ki, təsis etdiyimiz qəzetimiz əvvəllər aşağı tirajla və az sayda səhifə ilə çap olunurdu. Digər tərəfdən bəzi dövlət orqanları, icra strukturları bizim fəaliyyətimizə, mövqeyimizə şübhə ilə yanaşırdılar. Lakin həm dövlətimiz, həm də ayrı-ayrı vəzifə sahibləri, o cümlədən icra orqanları bizim amalımızı, məramımızı, dövlətçilik mənafeyini üstün tutduğumuzu bildikdən sonra bizə köməklik etdilər, indi də edirlər. Onlara dərin təşəkkürümüzü bildiririk.

     Biz ötən on ildə etdiklərimizi diqqətə gətirməkdən uzağıq. Sadəcə bildiririk ki, xalqla, dövlətlə yaxından təmas qura bildik, bunu bacardıq. Bu bizim ən böyük nailiyyətimiz və qazancımız oldu. Hazırda “Şəffaflıq” qəzeti hamı tərəfindən tanınır və oxunur, çünki bu qəzetdə dərc olunan məlumatlar, xəbərlər bütün respublikamızı əhatə edir. 

Vurğulayırıq ki, biz şəhid ailələrinin, müharibə veteranlarının, qazilərin və xalqımızın digər həssas təbəqəsinin hər zaman yanında olmuşuq və olacağıq. Onların sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir. İnşaAllah bundan sonra qəm, kədər görmərik. 

     Biz fəxr edirik ki, 2011-ci ildən üzübəri ölkəmizdə baş verən siyasi və iqtisadi prosesləri, çoxşaxəli inteqrasiyanı, nailiyyətlərimizi, o cümlədən bəzi sahələrdəki problemlərimizi və onların həlli yollarını qəzetimizin səhifələrində dərc etdik. Bu əməli fəaliyyətimizlə Xalqımızı həmişə doğru-dürüst yola dəvət etdik və bu əsasda xalqımızın və dövlətimizin etimadını qazandıq. 



    Ötən 2020-ci ildəki 27 Sentyabr- 10 Noyabr müddətlərində torpaqlarımızı zəbt etmiş ermənilər üzərindəki ən yüksək sevincli qələbə müjdələrini də qəzetimizdə böyük qürur hissi ilə çap etdik.

Bundan sonra, 19-20 sentyabr 2023-cü il tarixdə təxminən 23 saat ərzində Azərbaycan Ordusunun Qarabağda məskunlaşmış erməni quldurları üzərində lokal xarakterli antiterror əməliyyatı nəticəsində düşmən birdəfəlik ağ bayrağı qaldırıb təslim oldu. 

     Beləliklə, Azərbaycan Bayrağı Xankəndi və Xocalı şəhərlərində, həmçinin Ağdərə, Əsgəran və Xocavənd rayon mərkəzində dalğalanmağa başladı. Bununla da adları çəkilən 5 rayon və şəhərlərin bütün ərazisi dövlətimizin tam nəzarətinə keçdi. Azərbaycan Xalqı, Dövləti və Ordusu düşmən üzərində həmişəlik qələbəni əldə etdi. Bu zaman Arkadiy Qukasyanlar, Bako Saakyanlar, Arayik Arutunyanlar, Ruben Vardanyanlar və digər quldurbaşılar da Azərbaycan Hüquq Mühafizə Orqanları tərəfindən həbs edilib Bakıya gətirildilər. Onlar Azərbaycan Respublikasının Qanunları qarşısında cavab verib törətdikləri misilsiz vəhşiliklərə və cinayətlərə görə layiqli cəzalarını alacaqlar.               Bizim Şəffaflıq Mediası bu faktları da xüsusi vurğulayıb təkrar-təkrar dərc etdi ki, bunlar tariximizdə yaddaşlara həkk olunub nə vaxtsa unudulmasın. Bəli, çatışmayan cəhətimiz yüksək dərəcədə qonaqpərvərliyimiz, bəzən unutqanlığımız, həddindən artıq humanistliyimiz və həlimxasiyyət olmağımızdır ki, düşmənlərimiz ayrı-ayrı dövrlərdə bundan özlərinin çirkin məqsədləri üçün sui-istifadə edib sonradan bizim xalq üçün uzunmüddətli bağ ağrısına çevrilmişlər. Ümid edirik ki, bundan sonra düşmən xislətli olanlara Azərbaycanın heç bir guşəsində yer olmayacaqdır.   

Eyni zamanda onu da qeyd edirik ki, bizim fəaliyyətimiz təkcə “Şəffaflıq” qəzetinin fəaliyyəti ilə məhdudlaşmadı, sonralar “Sheffafliq.az” saytı və “Şəffaflıq TV” televiziyası ilə daha da genişləndi. Məlumdur ki, müasir dövrdə saytların və internet televiziyalarının rolu çox böyükdür. Biz də həmin resursların qanuni istifadəçisi olduğumuzdan respublikamızda öz qanuni fəaliyyətimizi genişləndirməkdə davam etməkdəyik. 

     Həmişə olduğu kimi bundan sonra da çalışacağıq ki, dövlətimizin siyasəti ilə xalqımızın mənafeyinin tam vəhdətini qoruyub saxlamağa xidmət edək. Həyatda müəyyən çətinliyə düşmüş şəxslərə qanuni formada köməklik edək, “Şəffaflığı" təkcə adımızla deyil, öz əməli fəaliyyətimizlə göstərək. 

    Allah bu yolun yolçularına və onlara bu yolda yardım edənlərə kömək olsun!


 

“Şəffaflıq” qəzetinin kollektivi

adından təsisçi və baş redaktor

   Vahid İsmayılov.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}