Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb


Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Nazir çıxışında idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib, onları və məşqçilərini təbrik edib.

O, oktyabr ayı ərzində beynəlxalq yarışlarda Azərbaycan Respublikasının Dövlət Himninin 17 ölkədə səsləndirildiyini bildirib. İdmançılar ümumilikdə 51 qızıl, 43 gümüş və 74 bürünc medal qazanıblar.

Tədbirdə beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.

Sonda F.Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar və qələbələr arzulayıb.

Görüşdə nazirin mentoru olduğu, "Yüksəliş" müsabiqəsinin qalibi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin poliklinika rəisi Ramil Hüseynzadə də iştirak edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}