Misli Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək.
Misli Premyer Liqasında IX turun daha iki oyunu bu gün keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" "Şəfa"nın qonağı olacaq. Qarşılaşma saat 16:30-da start götürəcək. Gəncə klubu 11 xalla 7-ci, meydan sahibləri 3 xalla 11-ci pillədə qərarlaşıb. Günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. "Ağ-qaralar" 17 xalla 2-ci, Qərb təmsilçisi 14 xalla beşinci sıradadır. Misli Premyer Liqası I dövrə, IX tur 24 oktyabr 16:30. "Şəfa" – "Kəpəz" Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev. VAR: Vüqar Həsənli. AVAR: Namiq Hüseynov. Hakim-inspektor: Ramil Diniyev. AFFA nümayəndəsi: Asif Əliyev. "SOCAR Polymer Arena" 19:00. "Neftçi" – "Turan Tovuz" Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov. VAR: Rəvan Həmzəzadə. AVAR: Şirmamed Mamedov. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. "Palms Sports Arena" Xatırladaq ki, ötən gün "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2) məğlub edib. Tura oktyabrın 25-də yekun vurulacaq.
Facebook-da paylaş








