Pentaqon rəhbəri İsrailə gizli səfər edib
ABŞ-nin müdafiə naziri Pit Heqset İsrailə gizli səfər edib və ölkənin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, görüş oktyabrın 19-da, bazar ertəsi günü baş tutub. Danışıqların təfərrüatları açıqlanmayıb. Nəşr qeyd edir ki, Heqsetin səfəri ABŞ Prezidenti Donald Trampın 27 oktyabr 2026-cı ildə keçirilməsi planlaşdırılan İsrail parlament seçkilərində Netanyahunun namizədliyini dəstəkləməsindən bir gün sonraya təsadüf edib. Bundan əlavə, görüş Vaşinqton və Təl-Əviv arasında İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpası ilə bağlı danışıqların aparıldığı bir vaxta təsadüf edib.
Facebook-da paylaş








