CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb


ABŞ hərbçiləri davam edən dəniz blokadası çərçivəsində İranın 25 milyard dollarlıq xam neft ixracının qarşısını alıb.

Şəffaflıq.az-ın məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper bunu CENTCOM-un "X" hesabında yerləşdirilən videomüraciətində açıqlayıb.

"Hazırda İranın azı 25 milyard dollarlıq xam neft ixracının qarşısını aldıq, həmçinin ABŞ-nin təxminən 350 milyon dollarlıq kriptovalyuta aktivlərini dondurmaq üçün qurumlararası səylərini dəstəklədik", - o bildirib.

Admiralın sözlərinə görə, bu, Tehranın silahlı qrupları maliyyələşdirmək və ABŞ hərbi kampaniyası zamanı məhv edilmiş silah ehtiyatlarını, hərbi infrastrukturun bərpası imkanlarını daha da məhdudlaşdırıb.

CENTCOM rəhbəri vurğulayıb ki, ABŞ hərbçiləri digər dövlət qurumları ilə sıx koordinasiyada Tehrana üç əsas sahədə ciddi zərbə vurub: neft ixracı, rəqəmsal maliyyə əməliyyatları və təhlükəsizlik qüvvələrinə ödənişlər.

"Əks halda, bu vəsait İran tərəfindən dəstəklənən qruplaşmaları və cinayətkar şəbəkələri maliyyələşdirmək, eləcə də Amerika qüvvələrinə və ABŞ-nin regional müttəfiqlərinə qarşı hücumlar təşkil etmək üçün istifadə olunardı", - admiral deyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}