Ermənistanın Kanadada hərbi ataşesi fəaliyyət göstərəcək
Ermənistanın Kanadadakı səfirliyində hərbi ataşesi fəaliyyət göstərəcək. Şəffaflıq.az yerli mediaya istinadən xəbər verir ki, müvafiq qərar bu gün Ermənistan hökumətinin iclasında qəbul edilib. "Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatda Kanada ilə münasibətlərin daha da genişləndirilməsində və dərinləşdirilməsində maraqlıdır. Ermənistanın hərbi ataşesinin Kanadada akkreditasiyası ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi kontekstində növbəti təkan olacaq", – qərarın əsaslandırmasında bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş








