PKK İraqın şimalındakı 4 sığınacaq məntəqəsini boşaldıb
PKK terror qruplaşması İraqın şimalındakı Metina bölgəsinin Hebat, Yajk, Sabri və Sason ərazilərində yerləşən 4 sığınacaq məntəqəsini boşaldıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, bu təşəbbüs çərçivəsində təhlükəsizlik baxımından toqquşma riski yaradan PKK-ya məxsus sığınacaq məntəqələrinin boşaldılması istiqamətində işlər davam etdirilir.
Xəbəri paylaş
Facebook-da paylaş








