Rusiya Kiyev zərbə endirib, 600 mindən çox insan elektrik enerjisindən məhrum olub


Rusiya Silahlı Qüvvələri gecə saatlarında Kiyev istilik elektrik stansiyasına №5-ə (İES-5) zərbə endirib, paytaxt və Kiyev vilayətinin ən azı 600 min sakini elektrik təchizatından məhrum olub.

Şəffaflıq.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, İES-5 Kiyev və Kiyev vilayətindəki hərbi obyektləri və hərbi-sənaye kompleksinin müəssisələrini elektrik enerjisi ilə təmin edirdi.

Həmçinin RF Müdafiə Nazirliyi gecə ərzində Rusiyanın regionları üzərində 902 Ukrayna pilotsuz uçuş aparatının vurulduğunu bildirdi.

Öz növbəsində, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının gecə saatlarında Kiyev, Kiyev vilayəti və Xarkovun kritik infrastruktur obyektlərinə kütləvi zərbə endirməsi nəticəsində 26 elektroenergetika obyektinin və dörd neft-qaz kompleksi obyektinin zədələndiyini bildirdi. Onun məlumatına görə, ən azı 600 min istehlakçı elektrik təchizatından məhrum olub.

Zelenski qeyd edib ki, çərşənbə gecəsi Rusiya qoşunları Ukrayna energetika və kritik infrastrukturuna qarşı 39 ballistik raket, həmçinin 120-dən çox zərbə pilotsuz uçuş aparatı və barrajlayan döyüş sursatı tətbiq edib.

Hücum nəticəsində həlak olanlar və yaralananlar var. Eyni zamanda, elektrik enerjisinin kəsilmə miqyası arta bilər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}