Panamada daha bir güclü zəlzələ baş verib
Panamada, Sona şəhərindən 32 kilometr cənub-qərbdə 6,4 maqnitudalı zəlzələ baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Panama Universitetinin Yer elmləri İnstitutunun saytında bildirilib. Məlumatda vurğulanıb ki, yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri ölkənin Sakit okean sahilləri bölgəsində, Veraquas və Çiriki əyalətləri yaxınlığında yerləşib. Yeni zəlzələ oktyabrın 9-da qeydə alınmış güclü seysmik hadisədən üç gün sonra baş verib. Həmin vaxt Tonosidən 39 kilometr şimal-qərbdə, dörd kilometr dərinlikdə 7,2 maqnitudalı zəlzələ baş vermişdi.
Xəbəri paylaş
Facebook-da paylaş








