Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı açıqlanıb


Bu il Azərbaycanda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 %-ə çatıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, cəmi iki il ərzində nağdsız ödənişlərin payı 12 faiz bəndi artıb.

Belə ki, müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 2024-cü ildə 77 %, 2025-ci ildə isə 85 % təşkil edib.


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}