İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Livanın cənubunda azı beş yaşayış məntəqəsində "Hizbullah" radikal qruplaşmasının obyektlərinə zərbələr endirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Al-Markaziya" agentliyi məlumat yayıb. Qeyd olunub ki, İsrail təyyarələri Beyt-Lif, Meyfadun, Sarbin, Haris və Əl-Mansuri yaşayış məntəqələrində qruplaşmanın obyektlərini hədəfə alıb. Eyni zamanda, İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub. Bundan əlavə, İsrailin xüsusi təyinatlı qüvvələri Nəbatiyə əyalətində yerləşən Kfar-Tibnit şəhərinin ətrafında reydlər keçirib. Eyni zamanda Əl-Xiyam şəhərinin ətrafındakı Cəllahiya və Həmmamə yaşayış məntəqələri intensiv pulemyot atəşinə tutulub. Yerli hakimiyyət orqanları dağıntılar və xəsarət alanlar barədə məlumat verməyib.
Facebook-da paylaş








